Millimizin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb
Futbol üzrə Azərbaycan millisinin Millətlər Liqasının qrup mərhələsindəki rəqibi Slovakiya ilə yoldaşlıq görüşü keçirib.

Finlandiyanın qonağı olan slovaklar 2:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, iyunda start götürəcək Millətlər Liqasında Azərbaycan millisi C liqasının 3-cü qrupunda Belarus, Slovakiya və Qazaxıstanla birgə mübarizə aparacaq.

Xəbər 251 dəfə oxundu.