Qadın güləşçilərimiz Avropa çempionatına qələbə ilə başlayıblar
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə - martın 30-da qadın güləşi üzrə mübarizəyə start verilib.

Milli komandamızın üzvü Türkan Nəsirova (50 kq) təsnifat mərhələsində macarıstanlı Şimonetta Şekerlə gərgin keçən görüşdən qalib ayrılıb - 3:2.

Çempionatda 59 kiloqram çəki dərəcəsində iştirakçılar 2 qrupa bölünüblər. A qrupunda yer alan Alyona Kolesnik ilk turda türkiyəli Elif Yanıkla qarşılaşıb. Millimizin üzvü ikinci hissədə "tuşe" ilə qələbə qazanıb. Təmsilçimiz qrupda növbəti və sonuncu görüşünü almaniyalı Elena Brüggerə qarşı keçirəcək.

Xəbər 278 dəfə oxundu.