Avropa çempionatı: Şahmatçılarımız dördüncü turda iştirak edəcəklər
Sloveniyada kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatında bu gün dördüncü turun oyunları keçiriləcək.

3 turun yekununa görə, şahmatçılarımızdan ən yaxşı nəticəni Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov, Eltac Səfərli və Məhəmməd Muradlı göstəriblər. Təmsilçilərimiz 3 turdan 2,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.

Xəbər 242 dəfə oxundu.