Droqba və Anelkaya pul yoxdur
Çinin «Şanxay Şenxua»nın klubu Didye Droqba və Nikolya Anelkanı sıralarına qatması bütün dünyada böyük əks-səda doğurmuşdu. Amma indi klubda külək tərsinə dönüb. İdman.com.az saytının məlumatına görə, Maddi böhrana düşən komandanın bu iki ulduzu satış siyahısına qoya biləcəyi iddia edilib. «Çelsi»nin 2 köhnə ulduzunun «Şanxay Şenxua»dakı gələcəkləri klub səhmdarlarının anlaşılmazlıqları səbəbiylə təhlükəyə girib.

Çin klubunun bir səlahiyyətlisinin dediyinə görə, «Şanxay Şenxua»nın ən böyük səhmdarı və başçısı Ju Yunun son 5,5 ildə xərclədiyi 60 milyon funt sterlinqin əlavə klubun digər ortaqlarından bu müddətdə hər hansı bir maddi dəstək gəlməyib. Klubun gəlir və məsrəflərinin tarazlığında böyük çətinlik yaşandığına diqqət çəkən «Şanxay Şenxua»nın rəsmisi «Ju Yundan savayı kimsənin dəstək verməməsinin əsəblərimizi pozur. Bu səbəblə də Anelka və Droqbanın yüksək maaşları klubun inkişafına maneə olur» deyib.

Klubun maliyyə vəziyyətində bir dəyişiklik olmayacağı halda Ju Yunun sahib olduğu hissə nisbətində xərclər edəcəyi, bu vəziyyətin reallaşması halında da Droqba ilə Anelkanın maaşlarının ödənməsinin qeyri-mümkün ola biləcəyi vurğulanıb. Ulduz futbolçuların da cəmi 300 min dolları aşan həftəlik maaşlarında endirim olmadığı bildirilir.

Xəbər 1787 dəfə oxundu.