Azərbaycan təmsilçiləri aerobika gimnastikası üzrə dünya kuboku yarışlarında iştirak ediblər
Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

Yarışda ölkəmizi yığma komandanın 3 idmançısı təmsil edib.

Qarışıq cütlüyümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov medala qazanmağa yaxın olsalar da, hakimlərdən lazımi xalı toplaya bilməyən idmançılarımız final mərhələsini beşinci pillədə başa vurublar.

Fərdi proqramda gimnastımız Vladimir Dolmatov yeddinci olub.

İdmançılarımız üçlük tərkibində (Dolmatov Vladimir, Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva) 8-ci pillədə qərarlaşıblar.

Qadınların fərdi proqramında qüvvəsini sınayan Mədinə Mustafayeva təsnifat mərhələsində 13-cü olub.

Xəbər 266 dəfə oxundu.