Azərbaycan şahmatçısı “Titled Tuesday Blitz” turnirində üçüncü yeri tutub
Azərbaycan şahmatçısı Vüqar Rəsulov onlayn “Titled Tuesday Blitz” turnirində uğurla çıxış edib.

11 turdan 9 xal toplayan şahmatçımız üçüncü yerə sahib olub. Turnirin qalibi adına rusiyalı Dmitri Andreykin (9,5 xal) layiq görülüb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 250 şahmatçı iştirak edib.

Xəbər 256 dəfə oxundu.