Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı sonuncu rəqibi müəyyənləşib
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı sonuncu rəqibi müəyyənləşib.

UEFA Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstan – Moldova cütünün qalibi olan Qazaxıstan yığması millimizin yer aldığı üçüncü qrupun sonuncu komandası olub.

Qeyd edək ki, Qazaxıstan millisi ilk oyunda səfərdə Moldova komandasını 2:1 hesabı ilə məğlub edib, evdə isə 0:1 hesabı ilə uduzub.

Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Qazaxıstan millisi C liqasındakı yerini qoruyub.

Xəbər 228 dəfə oxundu.