Rusiya şahmatçısı yarışlardan kənarlaşdırılması ilə bağlı FIDE-nin etika komitəsinin qərarından apellyasiya şikayəti verəcək
Rusiyalı qrosmeyster Sergey Karyakin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) etika və nizam-intizam komissiyası tərəfindən yarışlardan kənarlaşdırılması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Bu barədə o, TASS agentliyində məlumat verib.

Qeyd edək ki, fevralın 27-də S.Karyakin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəklədiyi açıq məktub dərc edib. Martın 21-də FIDE-nin etika və nizam-intizam komissiyası şahmatçını siyasi mövqeyini ictimailəşdirdiyinə görə altı ay müddətinə təşkilatın himayəsi altında keçirilən yarışlardan kənarlaşdırıb.

Xəbər 267 dəfə oxundu.