Avropa kuboku turnirində uğurla çıxış etmiş cüdoçularımız Vətənə qayıdıblar
Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa kuboku turnirində uğurla çıxış edən Azərbaycanın gənc cüdoçuları Vətənə qayıdıblar.

Gənclərdən ibarət milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, komandamız 27 ölkədən cüdoçuların qatıldığı yarışı 2 qızıl və 2 gümüş medalla oğlanlar arasında ikinci yerdə başa vurub. Ümumi komanda hesabında isə yığmamız üçüncü pillədə qərarlaşıb.

Qızıl medalları yığmamızın aktivinə Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (100 kq) yazdırıblar. Ruslan Nəsirli (100 kq) və Hüseyn Məmmədov (+100 kq) isə turnirin gümüş medallarını əldə ediblər.

Xəbər 246 dəfə oxundu.