Futbol üzrə Azərbaycan və Latviya millilərinin start heyətləri açıqlanıb
Bu gün Maltada Milli Stadionda keçiriləcək beynəlxalq yoldaşlıq oyununda futbol üzrə Azərbaycan və Latviya milli komandaların start heyətləri açıqlanıb.

Ta Qali şəhərindəki görüşdə milli komandamızın heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Dmitri Nazarov, Eddi İsrafilov və Toral Bayramov çıxacaqlar.

Latviya yığmasının start heyətində isə Pavel Steinbor, Vladislav Sorokin, Kaspar Dubra, Antoni Çernomordı, Krister Tober, Vladislav Qutkovski, Robert Savalnyek, Andrey Çiqaņiks, Renar Varslavan, Raymond Krolli və Aleksey Savelyev yer alıblar.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Trustin Farrugia Kann olacaq. Ona Luke Portelli və Dunkan Sultana kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrea Skiriha yerinə yetirəcək.

Xəbər 252 dəfə oxundu.