“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib
“Sabah” klubu heyətinə yeni futbolçu cəlb edib.

Ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə imzalanıb.

“Şaxtyor” (Donetsk, Ukrayna) futbol məktəbinin yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) uğurları üçün çalışıb.

Aleksey Kaşuk, həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.

Xəbər 444 dəfə oxundu.