“Atletiko” klubunun baş məşqçisi Paulo Dibalanı transfer etmək istəyir
İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone bu yay İtaliyanın "Yuventus" komandasının hücumçusu Paulo Dibalanı transfer etmək istəyir.

28 yaşlı futbolçu ilə bir neçə klub maraqlansa da, argentinalı həmyerlisinin rəhbərlik etdiyi “Atletiko”ya keçməyə meyllidir.

Qeyd edək ki, bundan əvvəl P.Dibalanın müqavilə müddəti başa çatdıqdan sonra mövsümün sonunda "Yuventus"u sərbəst agent kimi tərk edəcəyi bildirilib.

P.Dibala 2015-ci ildə “Palermo” klubundan “Yuventus”a transfer olub. Komandasının heyətində 283 oyun keçirən futbolçu 113 qol vurub və 48 məhsuldar ötürmə verib. Beşqat İtaliya çempionu, həmçinin dörd dəfə İtaliya kubokunun qalibidir.

Xəbər 243 dəfə oxundu.