Azərbaycan şahmatçısı Aydın Süleymanlı Avropa çempionatına liderlik edir
Sloveniyada kişilər arasında şahmat üzrə şəxsi Avropa çempionatı davam edir.

İkinci turda Aydın Süleymanlı yarışın əsas favoritlərindən hesab olunan ukraynalı Anton Korobovu məğlub etməklə qitə birinciliyində ardıcıl ikinci qələbəsini qazanıb. Abdulla Qədimbəyli, Eltac Səfərli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Vüqar Əsədli, Gövhər Beydullayeva və Şahin Vəliyev ikinci turun oyunlarından qalib ayrılıblar. Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli və Read Səmədovun oyunlarında heç-heçə qeydə alınıb.

Beləliklə, iki turdan sonra Aydın Süleymanlı 2 xalla çempionatın birinci, Abdulla Qədimbəyli isə eyni xalla dördüncü pilləsində qərarlaşıb. Hər iki turda qalib gələn Eltac Səfərli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı maksimum xalla irəliləyirlər.

İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.

Xəbər 335 dəfə oxundu.