Bu gün Azərbaycan və Latviya milliləri arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək
Bu gün Maltada futbol üzrə Azərbaycan və Latviya milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək.

Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq oyunun baş hakimi Trustin Farrugia Kann olacaq. Ona Luke Portelli və Dunkan Sultana kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrea Skiriha yerinə yetirəcək.

Yığmamızın heyətində Bədavi Hüseynov, rəqibdə isə Eduard Emsis zədə səbəbindən oyunu buraxacaq. Komandamız tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıb, 1-də Azərbaycan millisi qələbə qazanıb. Topların nisbətində də yığmanın üstünlüyü var - 5:3.

Xəbər 255 dəfə oxundu.