Azərbaycan döyüşçüsü Sərxan Vəlili Pakistanda qələbə qazanıb
Azərbaycanın “ASED Fighting Championship” (AFC ASED) liqasının və “Uğur” klubunun təmsilçisi Sərxan Vəlili növbəti döyüşünü keçirib.

MMA döyüşçümüz “Legacy Fight Series” liqasında gücünü sınayıb.

Pakistanın Kəraçi şəhərində keçirilən yarışda S.Vəlilinin rəqibi yerli idmançı Rafio Afridi olub. İkinci raundda rəqibinə boğucu fənn tətbiq edən S.Vəlili döyüşdən qalib ayrılıb.

Xəbər 223 dəfə oxundu.