Orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında voleybol üzrə turnir keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında Sabunçu rayonundakı 71 nömrəli tam orta məktəbdə voleybol üzrə turnir keçirilib.

Turnirdə 110 müəllim iştirak edib.

On bir komandanın iştirak etdiyi turnirdə birinci yeri 90 nömrəli tam orta məktəb, ikinci yeri 311 nömrəli tam orta məktəb, üçüncü yeri isə 71 nömrəli tam orta məktəbın komandası tutub.

Qalib komandalar Baş İdarə tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Xəbər 303 dəfə oxundu.