Azərbaycan Ciu-citsu Federasiyasının növbəti iclası keçirilib
Azərbaycan Ciu-citsu Federasiyasının rəqəmsal mediada yeni transformasiyalar mövzusunda növbəti iclası keçirilib.

İclasda federasiyanın idarə heyətinin üzvləri Elvin Abbasov, Əli Cəfərov, mətbuat katibi Rüfət Abdullayev və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurəddin Daşdəmirov iştirak ediblər.

İclasda federasiyanın saytının modernləşdirilməsi, rəqəmsal sahədə innovativ addımların artırılması və günün müasir tələblərinə uyğunlaşdırılması mövzusunda müzakirələr aparılıb.

Tələb və təkliflərin irəli sürüldüyü iclasda gələcək planlar və qarşıya qoyulan hədəflər barədə müzakirələr aparılıb.

Xəbər 273 dəfə oxundu.