Cüdoçumuz Avropa kuboku turnirində qızıl medal qazanıb
Yunanıstanın paytaxtı Afina şəhərində gənclər arasında keçirilən Avropa kuboku turnirində cüdoçumuz Məhərrəm İmamverdiyev qızıl medal qazanıb.

81 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz finalda ukraynalı rəqibi Stanislav Korçemlyuku məğlub edərək qalib adına layiq görülüb.

Qeyd edək ki, ölkəmizi turnirdə gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığma komandanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi altında 20 cüdoçu təmsil edir.
Bu gün başa çatacaq yarışa dünyanın 27 ölkəsindən 300 idmançı qatılıb.

Xəbər 268 dəfə oxundu.