Şahmatçılarımız Avropa çempionatında mübarizəyə başlayırlar
Martın 27-də Sloveniyada şahmat üzrə Avropa çempionatı start götürüb.

Çempionatda təmsilçilərimiz Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Riyad Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə, Şahin Vəliyev mübarizə aparırlar. İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir.

Qitə çempionatının ümumi mükafat fondu 100 min avro təşkil edir. Qalib 20 min avroluq mükafata sahib olacaq. Bundan əlavə, çempionatda ən yaxşı nəticə göstərən 23 idmançı, həmçinin ən yaxşı qadın oyunçu, gənc və yaşlı şahmatçılar üçün xüsusi mükafatlar da nəzərdə tutulub.

Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışına vəsiqə qazanacaq.

Xəbər 259 dəfə oxundu.