Trek velosipedi üzrə Federasiya kubokunun birinci mərhələsinin qalibləri müəyyənləşib
Trek velosipedi üzrə Federasiya kubokunun birinci mərhələsi keçirilib.

İki gün davam edən yarışda 50-yə yaxın idmançı iştirak edib. Reqlamentə əsasən, iştirakçılar qrup ötüşməsində mübarizə aparıblar və qaliblər iki yarış gününün cəminə əsasən müəyyənləşib. Belə ki, qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Viktoriya Sidorenko qalxıb. Lalə Abdürəhmanova ikinci, Radha Şabanova üçüncü yerləri tutublar. Kişilər arasında Musa Mikayılzadə ən yaxşı göstərici ilə birinci yerə layiq görülüb. Kamran Mirzəxanov və Şahin Eyvazov isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

İdmançılara mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təqdim ediblər. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Xəbər 273 dəfə oxundu.