Azərbaycan millisi 2022-ci ildə ilk oyununda məğlub olub
Martın 25-də futbol üzrə Azərbaycan millisi 2022-ci ildə ilk oyununu keçirib.

illimiz beynəlxalq yoldaşlıq oyununda səfərdə Malta yığması ilə qarşılaşıb.

Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçirilən görüşdə milli komandamızın heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Azər Salahli, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Abbas Hüseynov, Eddi İsrafilov, Filip Ozobiç və Aleksey İsayev çıxıblar.

Malta yığmasının start heyətində isə Anri Bonello, Rayan Kamenzuli, Stiv Borq, Andrey Acius, Mettyu Giyomye, Cozef Mbonq, Brandon Payber, Aleksander Satariano, Teddi Teuma, Yurge Deqabriele və Jan Borq yer alıblar.

Görüş millimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1. Matçda yeganə qolun müəllifi Yurgen Deqabriele olub.

Qarşılaşma komandaların doqquzuncu dueli olub. Bu oyunadək iki qələbə və üç heç-heçəsi olan yığmamız 3 dəfə Maltaya uduzub.
Qeyd edək ki, millimiz martın 29-da növbəti yoldaşlıq oyununu keçirəcək. Seçməmiz Maltada Latviya yığması ilə üz-üzə gələcək.

Xəbər 258 dəfə oxundu.