Fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edən təmsilçilərimiz çıxışlarını başa vurublar
Fiqurlu konkisürmə üzrə dünya çempionatında mübarizə aparan atletimiz Vladimir Litvintsev sərbəst proqram üzrə sonuncu çıxışını edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz çıxışının nəticəsinə əsasən 233,62 xal toplayaraq, öz qrupunda 26-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə atletimiz 13-cü yerə sahib olmuşdu.

Martın 21-də start götürən dünya çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski ilə təmsil olunub.

Yekaterina Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. O, sərbəst proqramda 10-cu yerə yüksəlsə də, ümumi xallarının nəticəsinə görə 9-cu yerdə qərarlaşıb.

Digər təmsilçilərimiz Aleksandr Kolosovski və Yekaterina Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.

Fiqurlu konkisürmə üzrə dünya çempionatına martın 27-də yekun vurulacaq.

Xəbər 246 dəfə oxundu.