Millimiz yoxlama oyununda "Neftçi-2"ni məğlub edib
Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Birinci divizion təmsilçisi “Neftçi-2” komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb.

U-20-nin heyətində Camal Cəfərov və Mehrac Baxşəli fərqləniblər.

Xəbər 264 dəfə oxundu.