Futbol üzrə Malta və Azərbaycan millilərinin start heyətləri açıqlanıb
Bu gün Maltada Milli Stadionda keçiriləcək yoldaşlıq oyununda futbol üzrə Malta – Azərbaycan komandaların start heyətləri açıqlanıb.

Ta Qali şəhərindəki qarşılaşmada milli komandamızın heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Azər Salahli, Maksim Medvedev, Höccət Haqverdi, Emin Mahmudov, Ramil Şeydayev, Abbas Hüseynov, Eddi İsrafilov, Filip Ozobiç və Aleksey İsayev çıxacaqlar.

Malta yığmasının start heyətində isə Anri Bonello, Rayan Kamenzuli, Stiv Borq, Andrey Acius, Mettyu Giyomye, Cozef Mbonq, Brandon Payber, Aleksander Satariano, Teddi Teuma, Yurge Deqabriele və Jan Borq yer alacaqlar.

Bu, Azərbaycan yığmasının 2022-ci ildə ilk matçı olacaq. Meydan sahiblərindən Keyn Attard, Azərbaycan millisində isə Namik Ələskərov zədə səbəbindən oynamayacaq.

Xatırladaq ki, qarşılaşma komandaların 9-cu dueli olacaq. Ümumilikdə 2 qələbə və 3 heç-heçəsi olan yığma üç dəfə Maltaya məğlub olub.

Xəbər 261 dəfə oxundu.