"Xəzər Lənkəran" braziliyalı legionerlə gücləndi
"Xəzər Lənkəran" sıralarını yeni hücumçu ilə gücləndirib. Idman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda dünən "Beto" ləqəbi ilə tanınan braziliyalı futbolçu Andre Roberto Suares da Silva ilə bir illik müqavilə imzalayıb.

30 yaşlı Betonun son oynadığı klub Türkiyə Superliqasının təmsilçisi "Mersin İdmanyurdu" klubu olub. O, keçən mövsüm ərzində bu klubun heyətində 18 oyunda çıxış edib və 4 qol vurub.

Braziliyalı forvard 1999-2006-cı illərdə ölkəsinin “Ulbra”, “Krikiuma” və Argentinanın “Ferro Karril Oeste” klublarında çıxış edib. 2007-ci ildə o, Polşa “Liteks”ilə anlaşaraq 1 il bu klubun şərəfini qoruyub və 39 oyuna, 18 qol vurub. 2008-ci ildən isə Beto Türkiyədə oynayırdı. O, 2008-2011 illərdə “Qaziantepspor”un heyətində 76 oyuna çıxaraq 24 qol vurub. Beto həmçinin qısa vaxt ərzində icarə əsasında keçdiyi "Bucaspor"un da formasını geyib.

Xəbər 860 dəfə oxundu.