Azərbaycan futzalçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək
“Araz-Naxçıvan” klubunun və futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

Azsport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, təcrübəli qolkiper Superliqanın lideri “Torpedo” ilə anlaşıb.

Martın 27-də yeni klubuna qoşulacaq R.Hüseynli qarşıdakı iki ay müddətində bu komandanın qapısını qoruyacaq.

Xəbər 251 dəfə oxundu.