Göygöldə gənc cüdoçular arasında keçirilən beynəlxalq turnir başa çatıb
Azərbaycanda 18 yaşadək gənc cüdoçular arasında beynəlxalq turnir keçirilib.

Martın 23-24-də Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Türkiyə, Almaniya, Macarıstan, Sloveniya, Gürcüstan, Özbəkistan, Polşa və Azərbaycandan 500 nəfərə yaxın gənc cüdoçu iştirak edib.

Turnir Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin və Göygöl Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunub.

İki gün davam edən yarışdan sonra 8 ölkəni təmsil edən gənc cüdoçular Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan üç günlük təlim-məşq toplantısına qatılıblar. Cüdoçular hazırda məşqlərdən faydalanmaqla, ustalıq və bacarıqlarını artırırlar.

Xəbər 299 dəfə oxundu.