Qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib
Milli Gimnastika Arenasında qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

Yarışlarda “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 79 idmançı qüvvəsini sınayır.

İki gün davam edəcək yarışlarda gimnastlar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə öz güclərini nümayiş etdirəcəklər.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları izləmək imkanı əldə ediblər.

Xəbər 283 dəfə oxundu.