Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, XIII turun oyunları martın 26-da təşkil olunacaq.

Günün ilk qarşılaşmasında saat 15:00-da “Neftçi” və “Sərhədçi” üz-üzə gələcək. Bu matçdan 2 saat sonra “Ekspress” – MOİK oyununa start veriləcək.
Hər iki görüş “Murov” voleybol klubunun idman zalında baş tutacaq.

Xəbər 266 dəfə oxundu.