Azərbaycanın U-21 komandası bu gün Estoniya yığmasını qəbul edəcək
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupunda Estoniyanı qəbul edəcək.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Oyunu şotlandiyalı baş hakim Devid Munro idarə edəcək.
Azərbaycan yığması 6 oyundan sonra 1 xalla 5-ci pillədə qərarlaşıb. Yeddi matçdan sonra sonuncu - 6-cı sıradakı Estoniyanın xalı yoxdur.

Xəbər 244 dəfə oxundu.