Azərbaycan millisi Sloveniya yığmasına məğlub olub
Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində Nəriman Axundzadə fərqlənib.
Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.

Xəbər 258 dəfə oxundu.