Azərbaycan təmsilçisi fiqurlu konkisürmə üzrə dünya çempionatında ilk çıxışını təqdim edib
Martın 23-də Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova Fransanın Montpellier şəhərində keçirilən dünya çempionatının qısa proqramında ilk çıxışını təqdim edib.

Buz üstünə çıxan təmsilçimiz 65,50 xal toplayaraq 9-cu yerdə qərarlaşıb. Topladığı xalların nəticəsinə uyğun olaraq təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Y.Ryabovanın növbəti çıxışı sərbəst proqram üzrə martın 25-də olacaq.

Martın 27-dək davam edəcək fiqurlu konkisürmə üzrə dünya çempionatında Azərbaycan 4 idmançı - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur.

V.Litvintsev martın 24-də qısa proqramda, ayın 26-da sərbəst proqramda çıxış edəcək. Y.Kuznetsova və A.Kolosovskiy isə martın 25 və 26-da qısa və sərbəst proqram üzrə çıxış edəcəklər.

Xəbər 263 dəfə oxundu.