Azərbaycan nümayəndə heyəti V İslam Həmrəyliyi Oyunlarının missiya rəhbərlərinin birinci görüşündə iştirak edib
Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi Oyunlarının missiya rəhbərlərinin birinci görüşü keçirilib. Qırx yeddi ölkədən 70, Konyadan daha 9 ölkə nümayəndəsinin onlayn qatıldığı iclasda Türkiyənin gənclər və idman nazirinin müavini və "Konya -2021"in baş əlaqələndiricisi Halis Yunus Ersöz və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birinci vitse- prezidenti Hamad Kalkaba çıxış ediblər.

Oyunların təşkilatçılıq məsələlərinə dair açıqlamalar verilib və nümayəndə heyəti üzvlərini maraqlandıran suallar cavablandırılıb. Nümayəndə heyəti üzvləri yarış yerləri, idman obyektləri və “Olimpiya kəndi”ndə hazırlıq prosesi ilə yaxından tanış olublar.
MOK və İHİF İcraiyyə Komitələrinin və İHİF-in Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva da Konyada keçirilən tədbirdə iştirak edib. V İslam Həmrəyliyi Oyunlarının missiya rəhbərlərinin birinci görüşünə MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev və Beynəlxalq Layihələr üzrə Komissiyanın katibi Ceyhun Rəhmanov qatılıblar.

V Islam Həmrəyliyi Oyunları avqustun 9-18-də Konyada baş tutacaq.

Xəbər 269 dəfə oxundu.