Azərbaycan millisinin sabiq baş məşqçisi Sloveniya klubu ilə müqavilə imzalayıb
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.

Xorvatiyalı mütəxəssis Sloveniyanın “Olimpiya” komandasını çalışdıracaq.

Əlli üç yaşlı mütəxəssis Lyublyana təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, son olaraq Türkiyənin “Dənizlispor” komandasını çalışdırıb.

Xəbər 270 dəfə oxundu.