Azərbaycan millisi Sloveniya yığmasına minimal hesabla məğlub olub
Yoldaşlıq oyunları keçirmək üçün Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, matçın 90+3-cü dəqiqəsində penaltidən fərqlənən rəqib komanda yekunda 1:0 hesablı qələbə qazanıb.

Komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.

Xəbər 268 dəfə oxundu.