Yunanıstan - Lixtenşteyn matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabbarov yeni təyinat alıb.

O, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – Lixtenşteyn qarşılaşmasının baş hakimi olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Yunanıstan - Lixtenşteyn matçı martın 25-də keçiriləcək.

Xəbər 270 dəfə oxundu.