Azərbaycan – Estoniya futbol oyununun hakimləri açıqlanıb
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Estoniya oyununun hakimləri açıqlanıb.

Azport.az AFFA-nın saytına istinadla xəbər verir ki, matçın baş hakimi şotlandiyalı David Alexander Munro olacaq. Ona həmyerliləri Sean Karr və Douglas Potter kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Grant İrvine yerinə yetirəcək.
Matç martın 25-də saat 19:00-da Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da start götürəcək.

Xəbər 280 dəfə oxundu.