Nəsimi rayonunda Novruz bayramına həsr olunmuş basketbol turniri keçirilib
Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 46 saylı tam orta məktəbdə rayon məktəbliləri arasında Novruz bayramına həsr olunmuş basketbol turniri keçirilib.

Maraqlı mübarizə şəraitində keçən yarışda ən yüksək nəticəni 211 saylı tam orta məktəbin komandası göstərib. İkinci yerdə 8, üçüncü pillədə isə 46 saylı tam orta məktəblərin komandaları qərarlaşıblar.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.


Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağını artırmaq, idman növlərini məktəblilər arasında təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Xəbər 316 dəfə oxundu.