Avropa çempionatı: Bu gün boksçularımız çempionluq uğrunda mübarizə aparacaqlar
Bu gün Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final qarşılaşmaları keçiriləcək.

Təmsilçilərimiz Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) çempionluq uğrunda mübarizə aparacaqlar. Belə ki, Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə görüşəcəklər.

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıblar.

Xəbər 297 dəfə oxundu.