Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.

Matç martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda keçiriləcək.

Xəbər 266 dəfə oxundu.