Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin "Uşak Basketbol" komandasını məğlub edib
Basketbol üzrə kişilərdən ibarət yığma komandamızın, Türkiyənin İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı uğurla davam edir.

Azərbaycan millisi növbəti sınaq oyununu Türkiyənin 2-ci liqa təmsilçisi "Uşak Basketbol" kollektivinə qarşı keçirib və rəqibinə 104:60 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu oyunda yığmamızın üç basketbolçusu Amil Həmzəyev (20 xal, 12 ribaund), Zaur Paşayev (16 xal, 8 assist) və Əkbər Məmmədov (17 xal, 15 ribaund, 6 blok) fərqləniblər.

Xəbər 586 dəfə oxundu.