MMA üzrə dünya çempionu Səbuhi Quliyev növbəti döyüşünü keçirəcək
"ASED Fighting Championship" (AFC ASED) liqasının döyüşçüsü, MMA üzrə dünya çempionu Səbuhi Quliyev növbəti döyüşünü keçirəcək.

Təmsilçimiz martın 24-də Qazaxıstanın "Octagon" liqasında gücünü sınayacaq. S.Quliyev yerli idmançı Bekzat Almaxanov ilə qarşılaşacaq.

Turnirdə ölkəmizi Şəhid Rafət Qulamov adına döyüş klubunun təmsilçisi Amil Mustafayev, klubun digər təmsilçisi Qumru Qənbərova, "Sumqayit Fighters"in üzvü Kamil Əzizov da təmsil edəcəklər.

Xəbər 314 dəfə oxundu.