Cüdoçularımızın Albaniyada təlim-məşq toplanışı davam edir
Qızlardan ibarət cüdo üzrə Azərbaycan millisinin Albaniyanın Qolem şəhərində təlim-məşq toplanışı davam edir.

Hazırlıq qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında keçirilir.

Xatırladaq ki, təlimdə İngiltərə, Polşa, Fransa, ABŞ, Xorvatiya, Niderland, Kosovo və Sloveniyadan olan cüdoçu qızlar iştirak edirlər.


Xəbər 271 dəfə oxundu.