Masallıda cüdo üzrə yeniyetmələr arasında keçirilən növbəti zona birinciliyinə yekun vurulub
Yeniyetmələr (U-15) arasında keçirilən növbəti cüdo üzrə zona birinciliyinə yekun vurulub.

Masallı Olimpiya İdman Kompleksində keçirilən yarışda 81 cüdoçu arasında medalçılar müəyyənləşib. Belə ki, oğlanlar arasında Sənan Məmmədov (34 kq), Şəhriyar Daşdıyev (38 kq), Bağır Ağazadə (42 kq), Elmir Paşayev (46 kq), Röyal Dadaşov (50 kq), Cavidan Zeynallı (55 kq), Elvin Hüseynov (60 kq), Turan Ələsgərov (66 kq), Elşən Fərzəliyev (+73 kq) bütün rəqiblərini məğlub edərək qalib adını qazanıblar. Qızların yarışında isə Fidan Orucova (52 kq), Qəndab Abbasova (57 kq) və Şəlalə Səlimzadə (63 kq) birinci yeri tutublar.
Turnirin mükafatçıları Bakıda keçiriləcək kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə qazanıblar. Xatırladaq ki, bu yaş qrupu üzrə növbəti turnir aprelin 6-7-də Sumqayıtda təşkil olunacaq.

Yarışın qalibləri diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 358 dəfə oxundu.