Azərbaycanın U-20 komandasının Bakıda təlim-məşq toplanışı olacaq
Martın 20-dən 29-dək Bakıda 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, hazırlıq prosesinə Rza Cəfərov (“Neftçi”), Müşviq Nadirov (“Kəpəz”), Yusif İmanov

(“Sabah”), Şamil Cəfərov (“Səbail”), Nemət Musayev (“Sabah”), Rüstəm Rüstəmov (MOİK), Hüseyn Mürsəlov (“Qəbələ”), Mirəli Əhmədov (“Sabah”), Nika Baçaşvili (“Qəbələ”), David Orucov (“Neftçi”), Abdulla Rzayev (“Sabah”), Rəhim Cəfərli (“Qarabağ”), Nazim Həsənzadə (“Sabah”), Rauf Rüstəmli (“Qəbələ”), Fərid Yusifli (“Neftçi”), Veysəl Rzayev, Camal Cəfərov (hər ikisi “Sabah”), Vüsal Əliyev (“Zirə”), Samir Məhərrəmli (“Sabah”), Ramin Nəsirli (“Neftçi”), Elçin Qasımov (“Turan Tovuz”), Murad Vəliyev (“Levadia Tallinn”, Estoniya), Fərid Məmmədkərimov (“DJK TUS Hordel”, Almaniya) və Mehrac Baxşəli (“Qəbələ”) dəvət olunublar.

Xəbər 246 dəfə oxundu.