Azərbaycan millisinin Estoniya yığması ilə oyun üçün heyəti açıqlanıb
Avropa çempionatının seçmə mərhələsində martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da Estoniya, ayın 29-da isə yoldaşlıq oyunu çərçivəsində “Bakcell Arena”da Belarus millisi ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, heyətdə Amin Ramazanov (“Qarabağ”), Rüstəm Samiqullin (“Sabah”), Əkbər Vəliyev (“Keşlə”), Rauf Hüseynli (“Qarabağ”), Arsen Ağcabəyov (“Sabah”), Cəlal Hüseynov (“Zirə”), Mert Çelik (“Neftçi”), Zamiq Əliyev (“Qarabağ”), Samet Karakoç (“Qəbələ”), Nihad Quliyev (“Qarabağ”), Ceyhun Nuriyev (“Sabah”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Asim Əlizadə (“Daugavpils”, Latviya), Şakir Seyidov (“Sabah”), Pərviz Azadov (“Keşlə”), İsmayıl Zülfüqarlı (“Neftçi”), Elvin Cəfərquliyev (“Qarabağ”), Emil Səfərov (“Qəbələ”), Rüfət Abdullazadə (“Sumqayıt”), Ədilxan Qarəhmədov (“Səbail”), İldar Ələkbərov, Abdulla Xaybulayev, Kamran Quliyev (hər üçü “Sabah”) və Musa Qurbanlı (“Qarabağ”) yer alıblar.

Xəbər 259 dəfə oxundu.