Avropa çempionatında daha bir boksçumuz dörddəbir finala yüksəlib | |
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Yarışın beşinci günündə - martın 17-də Azərbaycan millisinin üzvü Cəlal Qurbanov (63,5 kq) ikinci döyüşünə çıxıb. Onaltıdabir final mərhələsində finlandiyalı Yere Niemelainenə (Finlandiya) qalib gələn təmsilçimiz bu dəfə sloveniyalı Nik Nikolovla üz-üzə gəlib. Görüş C.Qurbanovun qələbəsi ilə başa çatıb. O, rəqibini 3:0 hesabı ilə məğlub edib. İdmançımız dörddəbir finalda İqor Kovtunla (Ukrayna) qarşılaşacaq. Döyüş martın 19-da baş tutacaq. Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu – Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaqlar. Qeyd edək ki, Avropa çempionatında final döyüşləri martın 23-də olacaq. |
|
Xəbər 288 dəfə oxundu. |
|
|