Bakıda yerləşən internat məktəbləri arasında minifutbol turniri keçirilib
AFFA-nın təşkilatçılığı ilə Bakıda yerləşən internat məktəbləri arasında minifutbol turniri keçirilib.

Turnirdə Mərdəkan qəsəbəsində yerləşən 2, Türkan qəsəbəsində yerləşən 6, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli internat məktəblərindən ümumilikdə 6 komanda iştirak edib.

İki nömrəli internat məktəbinin qapalı futbol meydançasında iki gün ərzində davam edən turnirin finalında qalib gələn “Mərdəkan 1” kollektivi yarışın qalibi olub.

Qalib komanda AFFA tərəfindən kubok və medallarla, ikinci və üçüncü yeri tutmuş komandalar müvafiq medallarla, yarışda fərqlənən oyunçular isə “ən yaxşı qol”, “ən yaxşı qapıçı”, “ən yaxşı oyunçu” nominasiyaları üzrə təltif olunublar. Kubok, medal və nominasiyaları iştirakçılara kütləvi futbol departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov təqdim edib.

Yekunda yarışın bütün iştirakçılarına AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Xəbər 329 dəfə oxundu.