Futbol üzrə Region Liqasının pley-off mərhələsinin püşkü atılıb
Martın 18-də AFFA-nın inzibati binasında futbol üzrə Region Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, pley-off mərhələsində “Energetik” (Mingəçevir) – “Ümid” (Cəlilabad), “İmişli” – “Cəbrayıl”, “Ağsu Siti” – “Karvan” (Yevlax), “Qusar” – “Ağstafa”, “Astara” – “Füzuli” və “Xan Lənkəran” – “Şirvanovka” (Qusar) oyunları təşkil olunacaq.

Pley-off mərhələsinin ilk oyunları martın 26-27-də, cavab qarşılaşmaları isə aprelin 2-3-də keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Region Liqasının qalibi dördüncü komanda kimi yarımfinala vəsiqə qazanacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

Xəbər 265 dəfə oxundu.