UEFA Avropa Liqasının dörddəbir final mərhələsində rəqiblər müəyyənləşib
Martın 18-də futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmanın nəticələrinə əsasən Almaniyanın “Leyptsiq” və “Ayntraxt” klubları dörddəbir finalda müvafiq olaraq İtaliyanın “Atalanta” və İspaniyanın “Barselona” klubları ilə qarşılaşacaq. İngiltərənin “Vest Hem Yunayted” komandası yarımfinala vəsiqə uğrunda Fransanın “Olimpik Lion”, Portuqaliyanın “Braqa” klubu isə “Qlazqo Reyncers” (Şotlandiya) ilə üz-üzə gələcək.

UEFA Avropa Liqasının dörddəbir final matçları aprelin 7-də və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də oynanılacaq. UEFA Avropa Liqasının final görüşü mayın 18-də Sevilya şəhərindəki “Roman Sançes-Pisxuan” stadionunda keçiriləcək. Konfrans Liqasının qalibi isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı “Kombetare” arenasında müəyyənləşəcək.

Xəbər 288 dəfə oxundu.